23 captures
15 Jan 2013 - 05 Nov 2025
Apr MAY Jun
26
2012 2013 2014
success
fail

About this capture

COLLECTED BY

Organization: Alexa Crawls

Starting in 1996, Alexa Internet has been donating their crawl data to the Internet Archive. Flowing in every day, these data are added to the Wayback Machine after an embargo period.

Collection: Alexa Crawls

Starting in 1996, Alexa Internet has been donating their crawl data to the Internet Archive. Flowing in every day, these data are added to the Wayback Machine after an embargo period.
TIMESTAMPS

The Wayback Machine - http://web.archive.org/web/20130526184912/http://az.wikipedia.org:80/wiki/S%C9%99f%C9%99vil%C9%99r_imperiyas%C4%B1
 



Səfəvilər imperiyası



Vikipediya, açıq ensiklopediya


Keçid et: naviqasiya, axtar  
Səfəvilər İmperiyası
دولتْ صفویۀ
Dövlət-i Səfəviyyə

İmperiya

 

1501 — 1736



 

Shah Ismail Safavinin(1501-1524)bayragi.gif Lion and Sun Emblem of Persia.svg
I Şah İsmayıl zamanında istifadə olunan Səfəvi bayrağı Dövlət gerblərindən biri
Jomann Imperium Periscum.jpg
Səfəvilər dövlətinin ərazisi (İohann Homan 1700-1720)
Paytaxt Təbriz, Qəzvin, İsfahan
Dil(lər) Türk dili[1] Fars dili[2]
Din İslam (Şiəlik, Cəfərilik)
Sahəsi 2.800.000 km² (1512)
İdarəetmə forması Mütləq monarxiya
Sülalə Qızılbaşlar
Şahlar
 - (15011524) I İsmayıl
 - (15241576) I Təhmasib
 - (15761577) II İsmayıl
 - (15781587) Məhəmməd Xudabəndə
 - (15871629) I Abbas
 - (16291642) I Səfi
 - (16421666) II Abbas
 - (16661694) I Süleyman
 - (16941722) Sultan Hüseyn
 - (17221732) II Təhmasib
 - (17321736) III Abbas
 - (17491750) II Süleyman
 - (17501773) III İsmayıl


Səfəvi İmperiyası — 1501-ci ildən 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, cənubi Türkmənistan və şərqi Türkiyə ərazilərini əhatə etmiş tarixi Türk dövləti. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə[3] qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan Qızılbaşlar ordusunun nüvəsini türkdilli tayfalar təşkil etmişdir.[4] Səfəvilər dövləti həmçinin müasir Azərbaycan milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır.

Azərbaycan XVII əsrdə[5]

Mündəricat

Adlandırılması [redaktə]

Dövlətin adı onu idarə edən sülalə ilə bağı olaraq『Səfəvilər dövləti』və ya sonradan ərazisinin xeyli genişlənmsi səbəbilə『Səfəvilər imperiyası』adlandırılmışdır.

Paytaxtı [redaktə]

Səfəvilər dövlətinin ilk paytaxtı Təbriz şəhəridir. Sonradan dövlətin paytaxtı Səfəvi-Osmanlı müharibələri səbəbilə öncə müvəqqəti (1548), sonra isə birdəfəlik (1555) Qəzvinə köçürülmüşdür. I Şah Abbas hakimiyyətə gəldikdən sonra isə paytaxt 1598-ci ildə İsfahan şəhərinə köçürülmüşdür.

Səfəvi sülaləsi [redaktə]

Səfəvi adı Şah İsmayılın babası Şeyx Səfiəddindən gəlir. Şeyx Səfiəddin Gilandakı Şeyx Zahid Gilaninin tələbəsi olmuş və o öldükdən sonra zahidiyyə təriqətini səfəviyyə təriqətinə çevirmişdi. Şeyx Cüneyd 1459-cu ildə Şirvana hücum etdi və Samur çayı sahilində məğlubiyyətə uğradı, özü isə öldürüldü. Daha sonra hakimiyyətə keçən Şeyx Heydər bu mübarizəni davam etdirdi. Şeyx Heydər dövründə onun müridləri qızılbaş adlanmağa başladı. Buna səbəb onların şiə olduqlarını bildirmək üçün başlarına 12 zolaqlı qırmızı çalma qoymaları idi. Şeyx Heydər 1483, 1487 və 1488-ci illərdə Şirvana və Dağıstana hücumlar etdi. Sonuncu səfərdə Şeyx Heydər Dərbənd yaxınlarında Şirvanşah Fərrux Yasar və Ağqoyunluların birləşmiş qoşununa məğlub oldu və öldürüldü[6]. Qızılbaşlar Ərdəbilə döndülər. Bu mübarizə daha sonra Şeyx Əli və nəhayət, Şeyx İsmayıl tərəfindən davam etdirildi.

Dövlətin əsasının qoyulması [redaktə]

1499-cu ilin avqustunda, Şeyx Heydərin 13 yaşlı oğlu İsmayıl LahicandanƏrdəbilə yola düşəndə onu yeddi nəfərdən ibarət ən yaxın şəxslər müşayiət edirdi; Hüseyn bəy Lələ Şamlı, Əbdüləli bəy Dədə (Dədə bəy), Xadim bəy Xüləfa, Rüstəm bəy Qaramanlı, Bayram bəy Qaramanlı, İlyas bəy Ayğut oğlu Xunuslu və Qarapiri bəy Qacar. Onlar Deyləmdən keçib Taroma gəldilər. Taromda sayı 1500 nəfərə çatmış qızılbaş qüvvələrinə baxış keçirildi. Nəticə etibarilə, İsmayıl Gilandan birbaşa Ərdəbilə gəlməyib, cənuba və cənub-qərbə doğru-Xalxal tərəfə dolama yolla kiçik bir dövrə vurdu. QışıƏrcivanda keçirdi. Qızılbaş rəhbərlərinin müşavirəsində Kiçik Asiyaya Ərzincana hərəkət etmək qərarı verildi. Ərzincanda İsmayılın bayraqları altında türkdilli şamlı, ustaclı, rumlu, təkəli, zülqədər, əfşar, qacar, varsağ tayfalarından, həmçinin “Qaradağ sufilərindən” ibarət 7000 qazi toplandı. 1500-cü ildə Cabanı döyüşündə Fərrux Yasarı, 1501-ci ildə Şərur döyüşündə Əlvənd Mirzəni məğlubiyyətə uğratdı.


1501-ci ildə Təbrizə daxil olan İsmayıl özünü şah elan etdi. Təbrizə daxil olmanın ilk günlərindən, yəni 1501-ci ilin payızında islamın şiə təriqəti, dəqiq deyilərsə, imamilər (on iki imamın – ər "isna əşəri") təriqəti dövlət dini elan edildi. 1503-cü il iyunun 21-də baş verən Almaqulağı döyüşü Murad Mirzənin məğlubiyyəti və Səfəvilərin tam qələbəsi ilə nəticələndi.

İran, İraq və Şərqi Anadolunun tabe edilməsi [redaktə]

1503-cü ildə I Şah İsmayıl müridi Qənbər ağanı Ağqoyunlu hökmdarı Muradın yanına göndərdi və ona tabe olmağı təklif etdi. Rədd cavabı alan şah 1503-cü ildə 13 minlik orduyla Həmədana doğru irəlilədi. Alamaqulağı deyilən yerdə qızılbaşlar ağqoyunlularla qarşılaşdı. 70 minlik ordusu olmasına baxmayaraq Murad məğlub oldu və qaçdı. Bundan sonra qızılbaşlar həmin ildə Qum, Kaşanİsfahanı, 1504-cü ildə isə YəzdKirmanı ələ keçirdilər. Bunun ardınca Şah İsmayıl öz qoşunu ilə birgə Qərbə doğru hərəkət etməyə başladı və 1507-cı ildə VanƏrzincanı, 1508-ci ildə isə ərəb İraqını tutdu. İsmayılın qərbdə hərbi əməliyyatlar keçirməsindən istifadə edən Özbək xanı Məhəmməd Xorasanı işğal etdi və şaha təhqiredici məktublar göndərərək onu hədələdi, Azərbaycanaİraqa gələcəyini bildirdi. İsmayıl isə cavabında özünün Xorasana gələcəyini bildirdi və ona əziyyət çəkməməyi məsləhət gördü. I Şah İsmayıl 1510-cu ildə Xorasana doğru hərəkət etdi və Mərv döyüşündə Məhəmməd xan Şeybanini məğlub edərək Xorasanı ələ keçirdi. Daha sonra Anadoluya dönən İsmayıl Ağqoyunlular dövründə Azərbaycana tabe olan Şərqi Anadolunu ələ keçirmək üçün hərəkətə keçdi. 1512-ci ildə QaramanMalatyanı tabe edən şah daha sonra Təbrizə döndü.

Osmanlı-Səfəvi müharibələrinin başlanması [redaktə]

Osmanlı İmperiyasının Azərbaycanı işğal etmək planı II MehmedMahmud Baba dövründə baş tutmadı.[Mənbə göstərin] Azərbaycan sultanları[Mənbə göstərin] Uzun Həsən və Yaqub onları dayandırıdı və sülhə məcbur etdi. Ancaq osmanlılar niyyətlərindən əl çəkmədilər. 1512-ci ildə taxta çıxan I Səlim Avropa dövlətləriylə sülh bağladı və bütün qüvvələrini Azərbaycana qarşı səfərbər etdi. Sultan Səlim Ədirnədə fövqaladə divan çağırdı. Bu divanda sünni üləmalar Qızılbaşları (şiələri) kafir elan etdilər və onlarla müharibənin doğru olduğuna fətva verdilər. Daha sonra I Səlimin əmriylə Anadoluda 40-70 min arasında şiə qılıncdan keçirildi. 1514-cü ildə Osmanlı ordusu I Səlimin rəhbərliyi ilə Səfəvilərin ərazilərinə daxil oldu. Lakin Şah İsmail Osmanlılara qarşı bir başa əməliyyata kecmədi və ordular uzun müddət qarşılaşmadi.Belə olduqda şah 1514-cü ildə Çaldıran düzündə Osmanlı ordusunu qarşıladı.Döyüşun taleyini Osmanlı yeniçəriləri həll etdi və onlarin qətiyyəti sayəsində Osmanlılar zəfər qazandı. Döyüş nəticəsində Qızılbaşlar məğlub oldular və Osmanlılar Təbrizi tutdular. Ancaq əhalinin müqaviməti və Səfəvi ordusunun toplanması sultanı 6 gün sonra Təbrizi tərk etməyə məcbur etdi. Sultan Şərqi Anadolunu ələ keçirdi və İstanbula döndü. Elə bu vaxt Azərbaycana artilleriya gətirməli olan [Mənbə göstərin] Portuqaliya İran körfəzinə hücum etdi və Səfəfvilərin Hind okeanına çıxısını bağladı. Şah bəzi qızılbaşları cənuba, portuqaliyalılara qarşı vuruşmağa, Qara xanı isə Diyarbəkiri almağa göndərdi. Amma Qara xan 1516-cı ildə Qoçhisarda məğlub olaraq öldürüldü. Həmçinin portuqaliyalıları körfəzdən çıxarmaq mümkün olmadı.

Səfəvi-Moğol müharibələrinin başlanması [redaktə]

XVI əsrin əvvəllərində Əfqanıstanın şərqi həmçinin Qəndəhar şəhəri Moğolların nəzarətində idi. Səfəvi-Moğol müharibəsinin başlanmasına səbəb iqtisadi cəhətdən çox vacib olan Qədəhar şəhərinə yiyələnmək uğrunda olmuşdur. Səfəvi-Moğol müharibəsi 4 mərhələdən ibarətdir. Bu müharibə mərhələlərindən 3-ü səfəvilərin, 1-i moğolların qələbəsi ilə nəticələnmişdir. Nəticə olaraq Qəndəhar şəhəri Səfəvilərin tabeliyində qalmışdır.

Gürcüstanın tabe edilməsi [redaktə]

Gürcüstan XVI əsrdə bir neçə çarlığa parçalanmışdı. Çarlıqlar arasında müharibə gedirdi. Bu müharibədə Mesxiya çarı Səfəvilərə müraciət etdi və taxtının qaytarılacağı təqdirdə Səfəvilərə itaət edəcəyini bildirdi. Buna görə Şah I İsmayıl Əli xan Rumlunu (Div sultanı) orduya əmir təyin edərək Gürcüstana göndərdi. Əli xan bütün Gürcüstanı tabe etdi və Şahın yanına döndü. Ancaq İmeretiya çarı Mənuçöhr Osmanlıya müraciət etdi və osmanli əsgəriylə birlikdə Mesxiya çarı Davidi ölkədən qovdu. Bu səbəbdən Əli xan yenidən Gürcüstana daxil oldu və gürcü və osmanlı əsgərlərini Dəbil yaxınlığında məğlub etdi. Bundan sonra bütün gürcü çarları Şah I İsmayılın yanına gələrək tabeçilik göstərdilər.

Osmanlı-Səfəvi müharibəsinin II dövrü [redaktə]

1524-cü ildə Şah I İsmayıl vəfat etdi və oğlu Təhmasib şah oldu. Şah I Təhmasibin hakimiyyəti dövründə 1528-ci ildə özbəklər Xorasana hücum etdilər. Həmin il şah ordusuyla şərqə doğru hərəkət etdi və özbəkləri Herat yaxınlığında darmadağın etdi. Şahın şərqə səfərindən istifadə edən Luristan bəylərbəyi Zülfüqar xan üsyan qaldırdı və 1528-ci ildə Bağdadı aldı. Bununla əlaqədar şah Bağdadı mühasirəyə aldı və həmin il Bağdadı üsyançılardan təmizləyib Məhəmməd xan Türkməni Bağdad bəylərbəyi təyin etdi. 1531-ci ildə Təbriz bəylərbəyi Üləma xan Təkəli xəyanət edərək öz əsgərləriylə Osmanlıya qaçdı. Daha sonra Üləma xan Sultan I Süleymanı Azərbaycana yürüşə təhrik etdi. 1534-cü ildə Osmanlı ordusu Azərbaycan sərhədlərini keçdi. Şah I Təhmasib Qəzvinə çəkildi və sultanla sülh bağlamaq üçün öz elçisini göndərdi, ancaq sultan onun təklifini qəbul etmədi. Qışın yaxınlaşmasıyla sultan Azərbaycanı tərk etdi və Bağdadı ələ keçirdi. Bu arada şah sultanın Bağdadı almasına qarşı Van və Qarsı mühasirəyə aldı. Sultan Üləma paşanı Vana göndərdi, lakin Üləma məğlub olub qaçdı və beləliklə Van və Qars ələ keçirildi. Buna cavab olaraq sultan 1535-ci ildə Azərbaycana daxil olub Təbrizi aldı. Şah yenə də danışıq üçün cəhd etdi, lakin bu cəhd nəticəsiz qaldı. Daha sonra sultan əhalinin müqaviməti və orduda baş verən aclıq üzündən Azərbaycandan çəkildi. Bundan istifadə edən şah ölkənin birləşdirilməsini davam etdirmək üçün 1538-ci ildə qardaşı Əlqasın rəhbərliyiylə 30 minlik ordunu Şirvanı tabe etmək üçün göndərdi. Əlqas 1538-ci ildə Şirvanşahlar dövlətinin bütün qalalarını ələ keçirdi, Şirvan bəylərbəyliyə çevrildi və Əlqas Şirvanın ilk bəylərbəyisi oldu. Lakin Əlqas 1541-ci ildə qardaşina xəyanət edərək müstəqillik üçün mübarizəyə başladı. Bununla əlaqədar Şah I Təhmasib Şirvana daxil oldu və bütün qalaları özünə tabe etdi. Əlqas isə Krıma, oradan da İstanbula qaçdı və Üləma paşayla birlikdə öz vətəninə qarşı yürüşlərdə iştirak etdi.

1546-cı ildə Budaq xan Qacar şahdan əmr alaraq tabeliyindəki əsgərlərlə Baburilərin hakimiyyətində olan Qəndəharı Azərbaycan sərhədlərinə qatdı. 1548-ci ildə Sultan I Süleyman 3-cü dəfə Azərbaycana hücum etdi və Təbrizi aldı, lakin sultan yenə də Azərbaycanda möhkəmlənə bilmədi və ölkəni tərk etdi.

1550-ci ildə Şah I Təhmasib sultana elçi göndərərək sülh təklif etdi, amma sultan yenə də bu təklifi qəbul etmədi. Belə olduqda şah 1552-ci ildə Van, Qars, Vostan və Ədilçəvazı ələ keçirdi. Şahzadə İsmayıl Ərzurum yaxınliğında İsgəndər paşanı məğlub etdi və Ərzurumu tutdu. Sultan I Süleyman 1554-cü ildə sonuncu dəfə Azərbaycana hücum etdi, ancaq bu dəfə də uğur əldə edə bilmədi. Əhalinin müqaviməti, Qızılbaşların ardıcıl qələbələri sultana Azərbaycanı ələ keçirməyə imkan vermədi və 1555-ci ildə Amasyada Osmanlı Azərbaycan sülh müqaviləsi bağlandı. Müqaviləyə görə şərqi Anadolu, İmeretiya, Quriya, Ərəb İraqı Osmanlıya, Kartli, Kaxetya və Mesxiya Azərbaycana verildi. Bundan sonra şah şərqə döndü. Belə ki, əfqan əmiri Şirxan Baburi hökmdarı Humayun şahı məğlub edərək Hindistanı ələ keçirmiş və Humayun şah Azərbaycana sığınmışdı. Humayun şahın kömək üçün müraciətinə cavab olaraq şah 12 minlik ordunu Budaq xan rəhbərliyində ona verdi. Qızılbaşlar əfqanları ölkədən qovub çıxardılar və Humayun şah yenidən hakimiyyəti ələ keçirdi.

Osmanlıların və özbəklərin Azərbaycana qarşı birgə hücumu [redaktə]

Şah I Təhmasib 1576-cı ildə öldü və oğlu İsmayıl şah oldu. Şah II İsmayıl dövrü sakitlik içində keçdi. Ancaq onun hakimiyyəti uzun sürmədi və 1578-ci ildə sui-qəsd nəticəsində öıdürüldü. Hakimiyyətə isə böyük qardaşı Məhəmməd keçdi. Bu arada Osmanlılar 1555-ci il sülh müqaviləsini pozaraq Azərbaycan sərhəddini keçdilər. 1578-ci ildə Qızılbaşlar İmamqulu xan Qacar rəhbərliyində Çıldır düzündə Osmanlıları qarşıladılar. Ancaq Qızılbaşlar məğlub olaraq Qarabağa çəkildilər.

Osmanlı ordusunun rəhbəri Lələ paşa 1578-ci ildə Tiflisi ələ keçiridi və Alazan çayını keçdi. Ancaq o burada Qızıbaşlarla qarşılaşdı. Çayın sahilində baş verən döyüşdə Osmanlılar məğlub oldular, amma Qızılbaşlar Şirvanı tərk etdilər və Qarabağa çəkildilər. Bunu fürsət bilən Lələ paşa Şirvanı ələ keçirdi. 1579-cu ildə Krım tatarları Şirvana soxuldular, lakin Mollahəsənli adlı yerdə məğlub olaraq qaçdılar. 1583-cü ildə Qızılbaşlar Məşəl savaşında məğlub oldular və Şirvan tamamilə Osmanlılara keçdi, həmin il Fərhad paşa tabeliyindəki əsgərlərə Çuxursəədi ələ keçirdi.

Osmanlıların artan hücumu qarşısında Şah IV Məhəmməd Qəzvinə çəkildi. 1585-ci ildə Təbriz işğal olundu. Bu vaxt özbəklər Xorasana daxil oldular və Xorasanı özlərinə tabe etdilər. 1587-ci ildə şah öldü və oğlu Abbas taxta çıxdı. Şah I Abbas 1590-cı ildə Osmanlıyla İstanbul sülh müqaviləsini imzaladı. Müqaviləyə görə Kartli, Kaxetya, Mesxetya, Şirvan, Qarabağ, Çuxursəəd bəylərbəylikləri və Təbriz bəylərbəyliyinin qərbi Osmanlıya verildi. Şah Xorasanın özbəklərdə qalmasına razılıq verdi və səfərə çıxmadı.

I Şah Abbasın islahatları [redaktə]

Şah I Abbas sülh bağladıqdan sonra islahatlara başladı. İlk öncə tayfaların üsyankar hərəkətlərini yatırmaq üçün onların özbaşına silah gəzdirmək hüququnu ləğv etdi, qeyri türk əsasən farslar üzərində hakimiyyəti möhkəmləndirmək üçün paytaxtı onların sıx yaşadığı İsfahan köçürdü. Ordunu yenidən təşkil etdi. Beləki orduda Qızılbaşlarla yanaşı tüfəngçi, topçu və qulamalar adlanan birliklər yaratdı. Böyük tikinti işləri apardı, bəzi şəhərləri vergidən azad etdi.

On üç il müharibəsi [redaktə]

Rusiyanın 1722-1723-cü illərdəki hərbi əməliyyatı
Əsas məqalə: On üç il müharibəsi

On üç il müharibəsi 1722-1735-illərdə Səfəvilər ilə Hotaki, Rusiya, Osmanlı arasında baş verən müharibədir. Səfəvilər ilə Hotakilər arasındakı müharibə nəticəsində Səfəvilər Qəndəhar, Xorasan əyalətləri itirdi. 1722-ci ildə Hotakilər Gülnabad döyüşündə Səfəviləri məğlub etdikdən sonra paytaxt İsfahanı da ələ keçirdi. Bu vaxt Rusiya və Osmanlı Səfəvilərin kifayət qədər zəiflədiyini görürdü. Nəhayət 1722-ci ildə Rusiya, 1723-cü ildə Osmanlı Səfəvilərə qarşı müharibəyə başladı. Bununlada yüz minlələ insanın ölümünə səbəb olan On üç il müharibəsi başladı. Rusiya 1722-1723-cü illərdə apardığı hərbi əməliyyatlar nəticəsində Dərbənd, Bakı, Lənkəran, Rəşt əsasən Xəzər dənizinin Səfəvilərin nəzarətində olan sahillər ələ keçirildi. 1723-1726-cı illərdə Osmanlıların apardığı hərbi əməliyyatlar nəticəsində Çuxursəəd, Qarabağ, Təbriz, Həmədan bəylərbəylikləri ələ keçirdi. Səfəvilərin nəzarətində yalnız Mazandaranın bir qismi qalmışdı. Artıq Səfəvilərin tam çökdüyünü zənn edən həmin dövlətlər Səfəvilər dövlətinin ərazisini öz aralarında bölüşdürdülər. 1724-cü ildə Osmanlı ilə Rusiya arasında bağlanmış İstanbul müqaviləsi, 1727-ci ildə Osmanlı ilə Hotakilər arasında imzalanmış Həmədan sülhü Səfəvilər imperiyasının bölüşdürülməsini rəsmiləşdirdi.

Bu hadisələr baş verən zaman Səfəvilərdə şah II Təhmasib hakimyyətdə idi. O bu vəziyyətdən çıxmaq üçün Fətəli xan Qacarı qorçubaşı təyin etdi. Fətəli xan Qacarın rəhbərliyi ilə keçirilən hərbi əməliyyatlar nəticəsində müəyyən ərazilər geri alındı. 1726-cı ildə digər qızılbaş sərkərdəsi Nadir xan Əfşar ordunun komandanlarından biri oldu. Onlar birgə çox uğurlu əməliyyatlar keçirdilər. Amma 1726-ci ildə Fətəli xan Qacar ilə Nadr xan Əfşar arasında yaranan ixtilaf nəticəsində Fətəli xan Qacar öldürüldü. Həmin il Nadir xan şah II Təhmasib tərəfindən qorçubaşı təyin edildi.

1728-1729-cu illərdə Nadir xan Hotakiləri məğlub edərək İsfahanı, Kirmanı, Xorasanı geri aldı. 1729-cu ildə Damğan döyüşündə Hotakiləri məğlub etdikdən sonra bütün Xorasanı azad elədi. Hotaki dövlətini məğlub etdikdən sonra Nadir xan 1730-cu ildə Osmanlılara qarşı hərbi əməliyyatlara başladı. Həmin il Həmədan, Marağa, Təbriz və digər ərazilər geri alındı. Amma Hotaki dövlətinin Herata hücum etdiyini eşidən Nadir xan Osmanlılara qarşı apardığı əməliyyatları təxirə salıb, Hotakilərə qarşı yürüş etdi. Öz nüfuzunu qaldırmaq istəyən şah II Təhmasib Nadir xanı gözləmədən Osmanlılara qarşı əməliyyata başladı. Amma məğlub edildi və geri alınmş əraziləri itirdi. 1732-ci ildə şah Osmanlı ilə Kirmanşah sülhünü bağladı. Nadir xan Hotakilərə qarşı yürüşdən qayıdandan sonra şah II Təhmasibi hakimyyətdən saldı və Kirmanşah sülhünü tanımadı. Səfəvilərin əvvəliki qüdrətini bərpa etdiyini görən Rusiya 1732-ci ildə Rəşt sülhü ilə Kür çayından cənubda olan əraziləri Səfəvilərə geri qaytardı. Nadir xanın 1733-1735-ci illərdə apardığı əməliyyatlar nəticəsində Bağdad, Üçmüədzin döyüşlərində Osmanlı məğlub edildi və 1723-cü ildən Osmanlı tərəfindən işğal edilmiş ərazilər geri alındı. Nəhayət 1735-ci ildə Gəncə sülhü Rusiya tərəfindən, Osmanlı ilədə sülh nəticəsində 1722-ci ildən işğal edilmiş bütün torpaqlar Səfəvilərə geri qaytarıldı.

Səfəvilərin süqutu [redaktə]

Safeviler, 17. əsrdə ənənəvi düşmənləri Osmanlılar və Özbək Şeybaniler ilə döyüşünü davam etdirərkən, iki yeni qonşu ilə də rəqabətə girişmək məcburiyyətində qaldı. Moskva Knezliği/Rus Moskofları bir əvvəlki əsrdə Altınorda Xanlığının davamı olan Astrahan, Qazan, Sibir (Küçüm və Nogay Xanlıqlarını ortadan qaldırmış, nüfuzunu Qafqaz və Orta Asiyaya qədər yaymışdı. İranlıların Dövləti Moğol (Moğol Dövləti) dediyi Hindistandakı Babür Dövləti isə Kandahar və Heratı al/götürərək daha əvvəl İran idarəsindəki Əfqanıstana sızmağa başlamışdı. Bütün bunlardan başqa 17. əsr boyunca Şərq - Qərb arasındakı ticarət yolu dəyişmiş, Avropalıların kəşfləri və Osmanlıların dəniz həddindən artıq səfərləri nəticəsində İrandan uzaqlaşmışdı. Şah Abbasın ordusunu ödənişli gulam (yığma) sisteminə çevirməsi qısa vəd edə işə yaradısa da, sonrakı əsrdə əyalətlər üzərindəki nəşr/təzyiq və ağır vergilərlə birlikdə ölkənin sosyo - iqtisadi gücünün zəifləməsinə gətirib çıxardı.

Şah Abbasdan sonrakı Safevi hökmdarları Şah II. Abbas xaric silik xarakterli idi. Necə ki II. Abbasın hökmdarlığının sonu olan 1666 ili, eyni zamanda Safevi xanədanı üçün də sonun başlanğıcına işarə edər. Vergi gəlirlərindəki eniş və böyüyən əsgəri təhlükələrə qarşı sonrakı şahlar bu vəziyyəti düzəldə bilməmişlər.

Ölkə tez-tez, mərkəzdən uzaq sərhəd boylarında basqın və yağmalayara uğramağa başladı. 1698də Kirman Əyaləti Beliçilər tərəfindən, 1717də Xorasansa Əfqanlar tərəfindən və Mesopotamiya Ərəb bədəvilərincə zəbt və yağmalayara uğradı. Əfqanlar İrana qarşı gəldilər. Gilzai Arxa idinlərinin rəisi Mir Veys Xan, Kandaharın Safevi qubernatoru Gurçu Gürgen Xana (Gurçuca adı Giorgi) qarşı qiyam başlatdı. Üzərinə gələn bir Safevi ordusunu təxribata uğratdı. 1722də Mir Veysin oğulu Mahmudun əmr/əmrə etdiyi bir Əfqan ordusu şərqdən İrana girərək paytaxt İsfahanı əhatə edib yağmaladı. Daha sonra özünü İran Şahı elan etdi.

Əfqanlar, on ildən çox bir müddət zəbt etdikləri İran torpaqlarından çıkarılamadılar. Xorasansadakı Afşar Türkmənlərinin bəyi və Safevilerin ən təsirli komandiri Nadir Xan (sonrakı Nadir Şah) nəhayət 1729da Damğan Müharibəsində Əfqanları təxribata uğratdı və İrandan çıxardı. Buna baxmayaraq ertəsi il Əfqanlar hələ İran torpaqlarına yağma hərəkətlərini davam etdirirdilər. 1738də Nadir Şah başda Kandahar olmaq üzrə təkrar Şərq İranı fəth etdi. Eyni il Gazne, Qabil və Lahoru fəth etdi. Delhi üzərinə getdisə də İrandan lazımlı dəstəyin gəlməməsi üzərinə müvəffəqiyyətli ola bilmədi. Şah II. Tahmasp dövründə (1722 - 1732) gerçəkdə ərk onun əlində idi. Uşaq yaşda taxta çıxan III. Abbasın səltənət naipliğini etdi. Nəhayət 1736da, onsuz da/zatən əlində olan iqtidar əryini istifadə edərək özünü İran şahı elan etdi. Beləcə 1736dan 1747ə qədər İranda qısa davamlı Afşar Xanədanı qurulmuş və Safevi xanədanı kəsilməyə uğramışdır.

1747-ci ildə Nadir Şahın sui-qəsd nəticəsində öldürüldükdən sonra səfəvilər yenidən İran şahlığını ələ keçirdilər. Lakin bu, inkişaf etməkdə olan Zend Xanədanının gerçəkdə iqtidarı ələ alaraq qanuniliyini gücləndirməsini təmin etməsindən başqa bir işə yaramadı. III. İsmayılın qısa davamlı rejimi, Zend xanədanının qurucusu Kərim Xanın ölkədə iqtidarı ələ keçərəcək qanuniliyi təmin etməsi ilə 1760da rəsmi olaraq sona çatdı.

Səfəvi sülaləsinin mənşəyi haqqında [redaktə]

Şeyx Səfiəddin Ərdəbilinın etnik mənşəyi məsələsi indiyədək tarixçilər arasında mübahisə mövzusu olmuşdur. Bu məsələni aydınlaşdırmağın mürəkkəbliyi onunla ələqədardır ki, Səfəvilərin uzaq əcdadları barədə məlumatları özündə əks etdirən yeganə mənbə Təvəkkül ibn İsmayıl ibn Bəzzazın "Səfvət əs – səfa" ("Saflığın saflığı") adlı agioqrafik əsəridir. Səfəvi tarixçilər Şeyx Səfiəddini yeddinci şiə imamı İmam Museyi-Kazımın 21-ci nəslindən hesab edirdilər. Lakin Əhməd Kəsrəvi『Səfvət əs – səfa』əsərinin müqayisəli tədqiqi ilə məşğul olmuş və belə bir nəticəyə gəlmişdir ki, Səfəvilərin əcdadları heç də seyidlər (Məhəmməd peyğəmbərin) nəslindən olanlar deyillər və onların nəsil şəcərəsini sonralar Səfəvi tarixşünasları uydurmuş və İbn Bəzzazın əsərinin mətninə daxil etmişlər.[7] Əhməd Kəsrəvi Şeyx Səfinin ərəblərlə əlaqəsinin olmadığını sübut etdikdən sonra onu türk də hesab etmir və kürd mənşəli olduğunu söyləyir. Digər İran müəllifləri onun Səfəvilərin kürd mənşəli olduğu barədəki ehtimalını şəksiz həqiqət kimi qələmə verir və bununla da bütün Səfəvilər sülaləsini iranlılaşdırmağa səy göstərirlər. Bəzi Avropa müəllifləri də bu fikiri müdafiə edirlər. Türk müəllifi Zəki Vəlidi Toqan da Səfəvilərin mənşəyinə həsr olunmuş məqaləsində onların kürd mənşəli olduğunu əsaslandırmağa cəhd göstərir,『kürd əsilli şeyxin』nəslinin sonradan『tamamilə türkləşdiyini』yazır.[8]

Lakin V.V.Bartoldun sülalənin türk mənşəli olması barədə söylədiyi fikir daha mötəbərdir və mənbə məlumatları ilə təsdiq edilir. Alim bu sülalənin eponimi və banisi Şeyx Səfiəddin və onun nəslindən bəhs edərkən göstərirdi ki, "bu Ərdəbil şeyxləri, şübhəsiz, fars deyil, türk mənşəlidirlər"[9] İ.P.Petruşevski də eyni fikri söyləmişdir: "İlk Səfəvi şeyxləri Ərdəbildə yaşamışlar, onların doğma dili Azərbaycan dili (Azərbaycan türk dili – tarixçi Nazim Xəlilov.) olmuşdur"[10][11] Hanna Sohrveydə görə『Səfvət əs-Səfa』əsərində hamı Səfiyə türk kimi müraciət edir:『Ey piri-türk』(ey türk müqəddəsi), "türk gənci",『türk oğlu』və bu səbəbdən də onun türk olduğu şübhə doğurmur[12] M. Abbaslı Şeyx Səfiəddinin türk mənşəli olması haqda zəngin material toplamışdır.

Səfəvilər sülaləsinin əzəldən kürd, yaxud İran mənşəli olması haqqındakı ehtimal daha mötəbər mənbələrin məlumatlarına əsaslanmır. Həm də Şeyx Səfiəddinin türk etnosuna mənsub olması, çətin ki, şübhə doğura bilər.[13]

Səfəvilər dövlətinin Azərbaycan dövləti olduğuna dair daha bir sübut verilən fərmanların və diplomatik yazışmaların Azərbaycan dilində olmasıdır. Buna sübut olaraq tapılmış əsl sənədləri göstərmək olar.

  1. Şah İsmayılın Musa Durgutoğluna fərmanı.
  2. Şah Təhmasibin II Sultan Səlimə məktubu
  3. Osmanlı sultanı Süleyman Qanuninin I Şah Təhmasibə məktubu
  4. I Şah Təhmasibin Zeynalabidin Əli Əbdi bəyin『Təkmilatül-əxbar』əsərinin yazılması haqqında fərmanı
  5. Məhəmməd Xudabəndinin Osmanlı sultanı III Sultan Muradın sərkərdəsi Fərhad Paşaya məktubu
  6. I Şah Səfinin Avstriya imperatoru və Macarıstan kralı II Ferdinanda məktubu
  7. I Şah Səfinin Rusiya çarı Mixail Romanova məktubu
  8. II Şah Abbasın Şirvan bəylərbəyisi Hacı Mənuçöhr xana məktubu
  9. Şah Sultan Hüseynin Sakson şahzadəsi və Polşa kralı Frixdrix Avqusta məktubu.

Səfəvi İmperiyasında azərbaycanlı-türk tayfalar [redaktə]

Şamlı, Rumlu, Bayat, Əfşar (və ya Avşar), Qacar, Şahsevən, Təkəlü, Ustaclı, Zülqədər və s.

Rəsmi dil [redaktə]

Səfəvilər dövlətinin qurucusu I İsmayılın ana dili Azərbaycan türkcəsi olmuşdur. O, bu dildə『Xətai』ləqəbi ilə şeirlər yazmışdır. Elə dövlətin də rəsmi dili Azərbaycan türkcəsi olmuş, saray əhli, eləcə də dövlətin hərbi və dini xadimləri bu dildə danışmışlar.

Mədəniyyət [redaktə]

Səfəvilər dövlətinin əsas mülkyyət forması divani (dövlət) və xassə (hökmdar) torpaqları idi. Sonralar Səfəvilərin yürütdüyü mərkəzləşdirmə siyasəti ilə əlaqədar divani torpaqlar hesabına şərti torpaq mülkiyyət forması tiyul geniş yayıldı. Mülk və vəqf torpaqları toxunulmaz hesab edilirdi. Kəndli və sənətkarların vəziyyəti çox ağır idi. Onlar müxtəlif mükəlləfiyyət daşıyır, çoxlu (30-dan çox) vergi ödəyirdilər. I Şah İsmayılın dövründə nisbətən azaldılan vergilər sonralar tədricən yenə də artmağa başladı. Əhalinin ağır vəziyyəti I Təhmasibi malcəhət, tamğa kimi bəzi vergiləri ləğv etməyə məcbur etdi. Lakin bu islahatlar Səfəvilər dövlətini bürüməkdə olan böhranın qarşısını ala bilmədi. Feodal istismarının güclənməsi, vergilərin ağırlığı sinfi zidiyyətlərin kəskinləşməsinə, üsyanlara səbəb oldu (məsələn, Təbriz üsyanı).

Səfəvilər dövlətinin iqtisadi və mədəni həyatında Azərbaycan şəhərləri, xüsusilə müstəsna rol oynayırdı. Təbriz Asiya və Avropanın bir çox şəhərləri ilə geniş ticarət əlaqələri saxlayırdı. Şamaxı və Ərəşdə istehsal olunan ipək parçalar Avropa ölkələrinə ixrac edilirdi.

Səfəvilər dövlətinin başında dünyəvi və dini hakimiyyəti öz əlində cəmləşdirən şah dururdu. Səfəvilərin bütün ölkə ərazisində və ələ keçirdikləri torpaqlarda şiəliyi rəsmi din elan etmişdilər.Ali komandan əmir əl-üməra, qorçi dəstələrinin başçısı isə qorçibaşı adlanırdı. Dövlət aparatında vəzir, dini idarələrə və vəqf məsələlərinə sədr, maliyyə işlərinə mustuofi əl-məmalik nəzarət edirdi. Səfəvilər dövləti bəylərbəyilərin idarə etdiyi ayrı-ayrı bəylərbəyliklərinə bölünmüşdü. Qızılbaş əmirlərindən seçilən bəylərbəyilər şahın tələbi ilə öz dəstələri ilə hərbi səfərlərdə iştirak etməli idilər. Səfəvilər dövlətinin daimi ordusu yox idi. Ordu müharibə ərəfəsində bəylərbəyilər hesabına saxlanan süvari dəstələrindən təşkil olunurdu. Müharibələrdə ən çox 120–150 min döyüşçü iştirak edirdi. Şahı xidmətində 4–6 min nəfərlik daimi qorçi dəstəsi vardı. Səfəvi ordusu odlu silahla pis təchiz olunmuşdu.

Qızılbaş tayfalarının qüdrətli siyasi birliyə çevrilməsi, Azərbaycanın cənub və şimal torpaqlarının nisbətən mərkəzləşmiş vahid dövlət şəklində birləşməsi, məhsuldar qüvvələri yüksəlişi, şəhərlərin sənətkarlıq və ticarət mərkəzlərinə çevrilməsi obyektiv olaraq Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına şərait yaradırdı. Azərbaycan dilinin istifadə dairəsi genişləndi. Sarayda Həbibi, Süruri, Şahi, Matəmi, Tufeyli, Qasimi və başqa Azərbaycan sairləri, həmçinin ozan-aşıqları yaşayıb-yaradırdılar.『Xətayi』təxəllüsü ilə yazan I Şah İsmayıl Azərbaycan ədəviyyatının görkəmli nümayəndəsidir. Səfəvilərin saray kitabxanası bir növ『incəsənət akademiyasına』çevrilmişdi. Burada mahir xəttatlar, rəssamlar, cildçilər, nəqqaşlar, və başqaları işləyir, Sultan Məhəmməd və Behzad kimi görkəmli miniatür ustaları fəaliyyət göstərirdi.

Şəkillər [redaktə]

Səfəvi dövləti xəritələrdə [redaktə]

Səfəvi bayraqları [redaktə]

Səfəvi sikkələri [redaktə]

İstinadlar [redaktə]

  1. Turko-Persia in Historical Perspective - "the Safavid state, which lasted at least until 1722, was essentially a "Turkish" dynasty, with Azeri Turkish (Azerbaijan being the family's home base) as the language of the rulers and the court as well as the Qizilbash military establishment. Shah Ismail wrote poetry in Turkish. The administration nevertheless was Persian, and the Persian language was the vehicle of diplomatic correspondence (insha'), of belles-lettres (adab), and of history (tarikh)."
  2. Robert L. Canfield. Turko-Persia in Historical Perspective. Cambridge University Press, Apr 30, 2002
  3. Ismāʿīl I, in Britannika, 2011
  4. Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı, “Şərq-Qərb”, 2007. S.48
  5. Azərbaycan Milli Ensiklopediyası.『Azərbaycan』məqaləsi, səh.239. Bakı: 2007
  6. Shaykh Haydar Britannika
  7. Ahmet Kesrevi. Şeyh Safi. s.35-37
  8. Zeki V. Togan, "Sur L’origine des Safavides", Mélanges Massignon, III, 1957, p. 356
  9. В.В.Бартольд. Сочинения, т. II, ч, I, M., 1963, стр.748
  10. И.П. Петрушевский. Государства Азербайджана в XV в.. стр. 205
  11. Пигулевская И.В., Якубовский А.Ю., Петрушевский И.П., Строева Л.В., Беленицкий А.М. 1958
  12. Sohrweide, Hanna, "Der Sieg der Safaviden in Persien und scine Rückwirkungen auf die Schiiten Anatoliens im 16. Jahrhundert", Der Islam, 41 (1965), 95-221.
  13. Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər Dövləti. Bakı, 2007

Ədəbiyyat [redaktə]

Xarici keçidlər [redaktə]

Həmçinin bax [redaktə]

Bu məqalənin azərbaycan dili əlifbasının ərəb qrafikası ilə qarşılığı vardır. Bax: صفوی‌لر

Mənbə  "http://az.wikipedia.org/w/index.php?title=Səfəvilər_imperiyası&oldid=2684729" 

Kateqoriyalar: 
Tarixi dövlətlər
Vikipediya:Mənbəsiz məqalələr
Vikipediya:Azərbaycan dilinə uyğunlaşdırılmalı məqalələr
Türk dövlətləri
Türk tarixi
Səfəvilər
Gizli kateqoriyalar: 
Vikipediya:ur-wikinin seçilmiş məqaləsi
Vikipediya:fa-wikinin yaxşı məqaləsi
Vikipediya:no-wikinin yaxşı məqaləsi




Naviqasiya menyusu



Alətlər sandığı



Yeni hesab aç
Daxil ol
 



Adlar fəzası



Məqalə

Müzakirə
 


Variantlar









Görünüş



Oxu

Redaktə

Tarixçə
 


Hərəkətlər













Bələdçi




Ana Səhifə

Kənd meydanı

Güncəl hadisələr

Son dəyişikliklər

Təsadüfi səhifə
 



Keyfiyyətli səhifələr




Seçilmiş portallar

Seçilmiş siyahılar

Seçilmiş məqalələr

Yaxşı məqalələr
 



Xüsusi




Maddi kömək

Qaralama dəftəri

Kömək
 



Alətlər sandığı




Bu səhifəyə keçidlər

Əlaqəli redaktələr

Xüsusi səhifələr

Çap variantı

Daimi keçid

Page information

Bu məqaləyə istinad et
 



Başqa dillərdə




Aragonés

العربية

مصرى

Български

Català

Cebuano

کوردی

Česky

Dansk

Deutsch

Ελληνικά

English

Esperanto

Español

Euskara

فارسی

Suomi

Français

עברית

ि

Hrvatski

Magyar

Bahasa Indonesia

Íslenska

İtaliano





Қазақша



Kurdî

Lietuvių





Bahasa Melayu

مازِرونی

Nederlands

Norsk bokmål

Occitan

Polski

پنجابی

Português

Română

Русский

Srpskohrvatski / српскохрватски

Simple English

Slovenčina

Basa Sunda

Svenska



Türkmençe

Tagalog

Türkçe

Українська

اردو

Tiếng Vit



Edit links
 







Bu səhifə sonuncu dəfə 11:13, 26 may 2013 tarixində redaktə edilib.

Mətn Creative Commons Attribution/Share-Alike Lisenziyası altındadır; əlavə şərtlər tətbiq oluna bilər. Ətraflı məlumat üçün İstifadə Şərtlərinə baxın.
 


Məxfilik siyasəti

Vikipediya haqqında

İmtina etmə

Mobil görüntü
 


Wikimedia Foundation
Powered by MediaWiki