| Feb | MAR | Apr |
| 27 | ||
| 2012 | 2013 | 2014 |
COLLECTED BY
Collection: Wide Crawl Started January 2013
Orfizm, Orfik (yunan. Ορφικά) - qədim Yunanıstanda və Frakiyada mifik şair Orfeyanın adı ilə bağlı, təxminən e.ə. VI əsrə aid mistik bir dini cərəyan ya təlim. İlk orfik nəğmə və ya himn məhz bu dövrlərə təsadüf edir. Bu təlimin ezoterik xarakteri onu Pifaqoreizm və Elevsineizm təriqətləri ilə eyniləşdirir. Orfiklərin inancında başlanğıcını xeyir və şərdən götürən insan ruhunun əbədiliyi, olməzliyi mühüm yer tuturmuş. Xalq bütpərəst inancından qaynaqlanan Orfizm sonradan bir çox fəlsəfə məktəbləri tərəfindən mənimsənilmiş və neoplatonizm kimi cərəyanların yaranmasında mühüm rol oynamışdır.
Mənbə — "http://az.wikipedia.org/w/index.php?title=Orfizm&oldid=2568971" Kateqoriyalar: ●Din ●Fəlsəfə ●Yunan mifologiyası ●Mifologiyada allahlar Gizli kateqoriya: ●Vikipediya:de-wikinin seçilmiş məqaləsi